Xoşqədəm Doğuşun oğlu olduğunu iddia edən oğlanı tapdı
Şou-biznes
19-12-2022, 22:47
Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşun oğlu olduğunu iddia edən gənci tapıb.
Axşam.az xəbər verir ki, bu haqda o, "Günaydın, Azərbaycan" verilişində deyib. O bildirib ki, həmin gənc gələn həftə Azərbaycana gələcək və verilişdə qonaq olacaq:
"DNT analizi etdirəcəyəm".
Qeyd edək ki, Türkiyədə küçədə sorğu aparılarkən bir oğlana "Hansı müğənnini sevirsən" sualı ünvanlanıb. O, isə "atamı. Doğuşu" cavabını verib.