"Boşanandan sonra bu oyunu sevmişəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. Müğənni sosial şəbəkədə yayılan videosunda futbola olan sevgisindən danışıb. Röya bildirib ki, Azərbaycan komandasının oyunlarını izləyir:
"Heç kim inciməsin, daha çox "Qarabağa" azarkeşlik edirəm. Bir də bu oyuna (dünya çempionatı) baxıram".
Qeyd edək ki, Röya iş adamı Anar Cəlilovla evli olub. Onun bu nikahdan Hüseyn adlı oğul övladı var.