Müğənni Xuraman Şuşalı "W-trio" ilə bağlı suala qalmaqallı açıqlama verib.
Axşam.az xəbər verir ki, "Özəl Tube" proqramında qonaq olan sənətçiyə "Xuraman Şuşalı kimi "W-trio"nun hansı qızını səmimi hesab edir: Röya Ayxan, Elnarə Xəlilova, Səidə Sultan" sualı ünvanlanıb.
"Heç biri mənə yad deyil, üçü də səmimidir. Hərəsinin öz həyat baxışı var. Mənimlə daha səmimi Elnarədir, tez-tez görüşürük. Bu yaxınlarda Səidəyə mesaj yazdım, cavab vermədi. Gördüm ki, bizdə səmimiyyət uzaqlaşır. Hər üçünü sevirəm, xoşbəxt olsunlar. Amma mənim üçün Elnarə Xəlilova" cavabını verib.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan, müğənnilər Səidə Sultan və Elnarə Xəlilova hazırda küsülüdür.