Müğənni Roza Zərgərlinin başına iş gəlib.
Sosial.info xəbər verir ki, özəl klinikalardan birində plastik əməliyyat keçirən ifaçı az qala canından olurmuş.
O, bu barədə sosial şəbəkə hesabında bildirib. Zərgərli kökəlməmək üçün mədəsinə balon qoydurmaq istəyib. Lakin həkimi olan cərrah onun ayaqlarında problem olduğundan bu əməliyyatı müğənniyə məsləhət görməyib. Həkim Zərgərliyə mədəqatlama əməliyyatı keçirərsə daha yaxşı olacağını deyib.
Bundan sonra sənətçi və yaxını bu əməliyyatı etdirib. 2-3 saatlıq əməliyyat 4-5 saat davam edib. Roza ağrıları olmadığı halda ona 4 gün ağır ağrıskəsicilər verildiyini bildirib. İfaçı mayın 2-də etdirdiyi əməliyyatın onun həyatı bahasına başa gəldiyini bildirib. Zərgərli “2 may tarixdən bu günə qədər sizinlə bərabər olmamağımın səbəbi ölüm ilə mübarizə aparmağım idi” deyərək instaqram izləyiciləri başına gələnləri bölüşüb.