Aparıcı-aktyor Sərxan Kərəmoğlu çəkilən filmlərdən narazılıq edib.
Sosial.info xəbər verir ki, "MTV xəbər"ə danışan aktyor hazırda mədəniyyət sahəsində yalnız televiziya kanalların və toya gedənlərin əməyinin olduğunu bildirib:
"İnsan ruhən ölür. Aktyor nə etməlidir? Bir filmi 50-60 min manata çəkirlər. Amma ondan bu məbləği qazana bilmirlər. 50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?".
S.Kərəmoğlu teatrlardan da gileylənib:
"Böyük sənətkarlar artıq tamaşaya gəlmirlər, yola verirlər. Teatr aktyorları və rəhbərlikləri arasındakı qalmaqallar... Elə teatr rəhbərləri tanıyıram ki, səhnəyə çıxanda özünü 5 dövlətin sahibi kimi aparır. Onun yanında hansı aktyor sərbəst ola bilər?".[right][/right]