65 yaşına çatmış şəxslər ad günündəcə işdən çıxarılır.
Sosial.info xəbər verir ki, bunu bu gün Milli Məclisinin plenar iclasında deputat Musa Quliyev deyib.
O qeyd edib ki, Əmək Məcəlləsində dəyişiklik labüddür. Bunu parlamentin payız sessiyasına həvalə etmək olar. Təklif odur ki, Səhiyyə və təhsil sahəsində çalışan şəxslər üçün son yaş həddi 65 yaşdan 70 yaşa qaldırılsın.