Qənnadı məhsulları yemək istəyi onun sürətli enerji mənbəyi olması ilə izah olunur. Tərkibində çoxlu nişasta asanlıqla qlükozaya çevrilir ki, bu da bədən üçün yanacaq deməkdir. Lakin bu cür məhsullardan asılılıq enerji mübadiləsinin pozulmasını və qida maddələrinin disbalansını göstərir. Bəs qənnadı və un məmulatlarına olan asıllıqdan necə qurtulmaq olar?
Sosial.info xəbər verir ki, bu barədə diyetoloq İrina Mansurova danışıb. Ekspertin sözlərinə görə, fermentləşdirilmiş qidalara diqqət yetirmək lazımdır ki, bu da şəkər yeməkdən qaçmağa imkan verir. Kokos, badam və kətan toxumu kimi az karbohidratlı unlardan hazırlanmış xəmir yeməkləri yemək də daha faydalı olacaq. Bundan əlavə, gec həzm olunan dənli bitkilər, tam taxıl çörəyi, bərk buğda makaronları, həmçinin paxlalılar, tərəvəzlər və göyərti layiqli əvəzedicilərdir. Alma, ərik, ispanaq, çuğundur, avokado, brokoli və yerköküyə də diqqət yetirin. Proteinli qidalar da əla alternativdir.
Diyetoloq xəbərdarlıq edib ki, mağazalardan alınan şirniyyatların tərkibində çoxlu şəkər və müxtəlif yağlar var ki, bu da məhsulun maya dəyərini aşağı salmaq üçün istifadə olunur. Belə şirniyyatlar hormonal sistemin pozulmasına, ürək-damar və onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər. Belə qidaların həddindən artıq olması da piylənməyə və disbakterioza da səbəb olur.
İnsanı niyə belə zərərli qidalara cəlb edən səbəblərdən danışan Mansurova zülal, yağ və karbohidrat balansının pozulmasına da diqqət çəkib. Un məmulatlarına istəyin başqa bir səbəbi insulin müqavimətidir. Yeməkdən sonra insulin yüksəlir, yeməklər arasında isə azalır. Əgər insan müntəzəm olaraq çoxlu şirniyyat istəyirsə və qəlyanaltı yeyirsə, balansla bağlı problemlər başlayır. Bütün bunlar köklüyə, insulin müqaviməti və tip 2 diabetə gətirib çıxarır.
"Serotonin kimi tanınan sevinc hormonundan asılılıq da un yeməyə vadar edir. Yuxu problemləri də qənnadı məhsulları istəyi artıra bilər. Yuxulu insan həmişə yemək istəyir. Eyni zamanda, un məmulatlarından qəfil imtina etməməlisiniz, əgər əsəb keçirirsinizsə, özünüzü belə qidalardan tədricən məhdudlaşdırın", - Mansurova aif.ru-ya müsahibəsində bildirib.