• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Foto
Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Foto
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

Azyaşlının ölümünə səbəb olan keçmiş polis zabiti həbs edildi

Hadisə

2-05-2023, 16:08


Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Telman Şəhriyar oğlu Kərimova hökm oxunub. 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu maşınla vuran və azyaşlının ölümünə səbəb olan polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Məhkəmə prosesində Telman Kərimov özünü təqsirli bilməyib. O, ifadəsində deyib: “Belə bir hadisənin baş verməsini heç zaman istəməzdim. Murad Əhmədovun həyatda qalması üçün hər cür addım atdım, onları xəstəxanaya çatdırdım. Özüm və yaxın qohumlarım tərəfindən bir neçə dəfə barışığa cəhd edilib. Maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hər cür addım atmağa hazıram”.



Hadisə zamanı xəsarətlər alan Qənirə Əhmədova bildirib ki, qəza zamanı onlar yolu keçərkən güclü uğultu səsi ilə hərəkət edən avtomobil qəfil onları vurub: “Mən yolu keçərkən ortada yerləşən səkidə oğlum Muradla dayanaraq maşınların keçməsini gözlədim. Həmin vaxtı ağ maşın bizə yol verdi, oğlumun əlindən tutaraq yolu keçməyi qərara aldım. Yolu keçmək istəyərkən möhkəm uğultulu maşın səsi eşitdim və nə edəcəyini tam qərarlaşdıra bilmədiyimdən qarşı tərəfdə otluq qazon olduğundan həmin istiqamətə tərəf oğlum Muradla birlikdə qaçmaq qərarına gəldim. Lakin qaça bilmədik, “Ford Mustang” markalı maşın bizi vurdu. Hadisənin necə baş verdiyini tam anlamadım, yerdə uzanıqlı vəziyyətdə oğlum Muradın adını sayıqlayırdım. Bu zaman sonradan adının Telman Kərimov olduğunu bildiyim şəxs yaxınlaşaraq bizi maşınla vurduğunu bildirdi və təcili tibbi yardım çağırdı. Təqsirləndirilən şəxsdən şikayətçiyəm, ona ağır cəza verilməsini xahiş edirəm”.

Mərhum azyaşlının atası isə bildirib ki, oğlu birinci sinfə gedəcəkmiş və cüdo idman növü ilə məşğul imiş: “Oğlum Murad Əhmədov 2021-ci ilin sentyabr ayından Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamışdı, Murad həmçinin 2022-ci ilin yanvar ayından etibarən cüdo idman növü ilə məşğul olurdu, müxtəlif idman yarışlarında iştirak etmişdi, 1-ci və 2-ci yerlərə layiq görülmüşdü və bununla bağlı diplomlar almışdı. Həmin gün mən növbədə idim, qardaşım zəng edib təcili “Neyrocərrahiyyə” xəstəxanasına gəlməyimi bildirdi, nə olduğunu demədi. Yolda olarkən arvadım zəng edib ağlayaraq baş vermiş hadisə barədə məlumat verib onları maşın vurduğunu, onu Sabunçuya apardıqlarını, lakin Muradın hara aparılması barədə məlumatı olmadığını bildirdi. Oğlum 6 gün komada qalandan sonra vəfat etdi”.
Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir.

Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.

Oxunub: 16
Paylaş:
Digər xəbərlər

Hadisə

6-01-2023, 17:56

Kürdəmirdə ər arvadını qətlə yetirildi - YENİLƏNİB

Şou-biznes

15-02-2023, 14:22

Təranənin övladları sığınacağa yerləşdirildi

Sosial

14-02-2023, 13:57

Vilayət Eyvazov rəis müavininin yerini dəyişdirdi - ƏMR

Gündəm / Sosial

1-02-2023, 14:30

Vasif Talıbovun qudası Fazil Ələkbərov istintaqa dəvət olunub - Polkovnikdən AÇIQLAMA

Hadisə

18-12-2022, 14:17

İsmayıllıda oğurladığı pulla səyahətə gedən şəxs TUTULDU

Dünya

27-01-2023, 16:40

Səfirliyə silahlı hücumdan sonra Tehranın polis rəisi işdən çıxarıldı

Gündəm / Sosial

31-01-2023, 13:00

`Sahil - S İnşaat` MTK ilə bağlı YENİ QALMAQAL... - Nazirə müraciət olundu

Gündəm / Sosial

28-01-2023, 20:16

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

Gündəm / Sosial

31-01-2023, 10:42

Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – Təfərrüat

Gündəm / İdman

24-01-2023, 14:27

Azərbaycanın olimpiya çempionu HƏBS EDİLDİ

Gündəm / Sosial

9-02-2023, 16:46

“Polis rəisi məndən 3 min, “Niva” sürücüsündən isə 15 800 manat rüşvət aldı…” - GİLEY

Gündəm / Sosial

27-01-2023, 14:05

Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı

Şou Biznes
Roza Zərgərlinin başına iş gəldi: "Mayın 2-dən..."
Röya oğluna bu Xalq artistinin qızını almaq istədi - VİDEO
Aynişan da Barbi oldu
Nazilə Səfərli qəzəbləndi: "Ya məndən üzr istəyəcək, ya da..."
Əməkdar artistin keçmiş kürəkəni həbs olundu
Tamaşaçı Cavanşir Məmmədovu məhkəməyə verir - VİDEO
Araşdırma
11-08-2023, 12:00
Həkimdən xəbərdarlıq: İsti hava bu yaş qrupları üçün çox təhlükəlidir
8-08-2023, 11:30
İbadoğlu işinə görə saxlanılan Fazil Qasımov kimdir? - FOTO
7-07-2023, 10:30
Azərbaycanda boşanma ilə bağlı ilginc durum: 30 yaşa qədər qadınlar, 30-dan sonra kişilər...
19-06-2023, 12:30
Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı yeni faktlar: 2 il əvvəl...
15-06-2023, 17:00
Məcburi köçkünlərə verilən müavinətlər dayandırılır? - RƏSMİ AÇIQLAMA
15-06-2023, 11:30
Azərbaycanda məmur iş otağında buna görə qətl edilib - TƏFƏRRÜAT
Müsahibə
16-06-2023, 13:00
Siqareti tərgitməyə "kömək edir", sonsuzluq yaradır... - Həkimdən XƏBƏRDARLIQ
13-02-2023, 13:11
Gömrük Komitəsində nə baş verir? - Sədr təyinatı yubanır, iki idarə rəisi yola salınır
16-01-2023, 20:51
Elşad Həsənovun ÖZBAŞINA QƏRARLARI... - Qərar dövlətin deyil, amma...
Son xəbərlər
  • 11-08-2023, 13:30
    DYP-dən sürücülərə müraciət: Bakı-Quba yolunda...
  • 11-08-2023, 12:30
    Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İranla Ermənistanın birgə müzakirəsi - Məkrli plan
  • 11-08-2023, 12:00
    Həkimdən xəbərdarlıq: İsti hava bu yaş qrupları üçün çox təhlükəlidir
  • 11-08-2023, 11:30
    Elvin Mahmudzadə azadlığa buraxıldı
  • 11-08-2023, 10:00
    Laçın postuna hücum edən ermənilər bu kənddə gizlənirlər: Azərbaycan Ordusu nə planlaşdırır? - VİDEO
  • 10-08-2023, 17:00
    İstanbulda inanılmaz əməliyyat: İrana işləyənlər tutuldu, aralarında azərbaycanlılar da var - FOTO
  • 10-08-2023, 16:00
    Bakıda şirkət rəhbərindən 1,5 milyon manatlıq dələduzluq - FOTO
  • 10-08-2023, 12:30
    Vətəndaşların DİQQƏTİNƏ: Hər ay bu idarəyə qanunsuz pul verirsiniz
  • 10-08-2023, 11:00
    Okamponun hesabatında əsassız ittihamlar var - Hikmət Hacıyev
  • 10-08-2023, 10:00
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 9-08-2023, 13:00
    Ermənilər Laçın postuna hücum etmək istədilər: Pərən-pərən oldular
  • 9-08-2023, 13:00
    Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq - MÜHÜM QƏRAR
  • 9-08-2023, 12:00
    Cavanşir Qasımov vəfat etdi - FOTO
  • 9-08-2023, 12:00
    İlham Əliyev sərəncam imzaladı
  • 9-08-2023, 10:00
    Gülnarə Kərimovanın milyonlarla dollar dəyərində əmlakı müsadirə olundu
  • 8-08-2023, 13:00
    İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini təqdim etdi
  • 8-08-2023, 11:30
    İbadoğlu işinə görə saxlanılan Fazil Qasımov kimdir? - FOTO
  • 8-08-2023, 11:00
    Məleykə Abbaszadənin istefa xəbərinə DİM-dən REAKSİYA
  • 8-08-2023, 10:30
    Nazim Sabiroğlu baş redaktor təyin edildi
  • 8-08-2023, 10:00
    Sabah havanın temperaturu 43 dərəcəyədək artacaq
  • 7-08-2023, 12:30
    Naxçıvanda nazirlikdə yoxlama aparılır
  • 7-08-2023, 12:00
    Prezident bu yolun açılışında iştirak etdi
  • 7-08-2023, 12:00
    Şəmkirdə məktəb-liseyin yeni binasının açılışı oldu
  • 7-08-2023, 11:00
    Ombudsman Ermənistanın bu siyasətinə münasibət bildirdi
  • 7-08-2023, 09:30
    Azərbaycan Ordusu təlim keçir
  • 4-08-2023, 17:28
    Avropalılar ərəbləri üstələdi - Azərbaycana gələn turistlər
  • 4-08-2023, 17:23
    Amerikalı jurnalistlər Şuşanı ziyarət etdi - FOTO
  • 4-08-2023, 12:30
    Azərbaycan bunu edib, Ermənistana ərazi iddiası irəli sürəcək - Paşinyan
  • 4-08-2023, 10:30
    Roza Zərgərlinin başına iş gəldi: "Mayın 2-dən..."
  • 4-08-2023, 10:30
    Laçın postuna hücum hazırlığının şok detalları: ermənilərə iki tapşırıq verilib
  • 3-08-2023, 16:30
    Prezident bu qaydanı təsdiqlədi
  • 3-08-2023, 13:00
    İlham Əliyevdən Ermənistan hökumətinə mesaj: İki seçiminiz var - Çox pis və...
  • 3-08-2023, 12:30
    Bu şəxslər üçün yeni problem: Polis onları niyə saxlayır? - VİDEO
  • 3-08-2023, 11:00
    Ət alanlara XƏBƏRDARLIQ - Görün nə qatırlar...
  • 3-08-2023, 10:00
    "Ədliyyə Nazirliyinin qərarı iqtidarı da ciddi narahat etməlidir"
Daha çox
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Ünvan: Bakı şəhəri, Nizami küçəsi 17.
  • Whatsapp: (99470) 266 41 66
  • E-poçt: info@sosial.info
Müəllif hüquqları qorunur. Sosial.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2018-2022 Sosial.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə