ABŞ-ın Texas ştatında 13 yaşlı məktəblini silah zoru ilə qaçıraraq Kaliforniyaya aparan 61 yaşlı Stiven Robert Sabalan saxlanılıb.
Sosial.info xəbər verir ki, Stiven maşını saxladıqda azyaşlı qız kağıza "mənə kömək et " yazısı yazaraq insanlardan kömək istəyib. Bunu görən insanlar dərhal polisə xəbər verib və şübhəli saxlanılıb. Araşdırma aparılır.