Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tuttuğu vəzifədən çıxarılıb.
Sosial.info xəbər verir ki, Bu barədə onun özü facebook səhifəsində paylaşım edib.
Paylaşımda bildirib ki, Gənclər və İdman Nazirliyinin qərarı ilə işinə son verilib.
Məlumat üçün bildirək ki, H. Nəsirov üç ildən artıq idi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.