Sübh çağı Xankəndidə atışma olub.
Sosial.info xəbər verir ki, atışma şəhərin mərkəzi meydanında qeydə alınıb.
Məlum olub ki, tüfəngdən atəş açılıb. Məlum olub ki, Xankəndi şəhər sakini S. M. qoşalülə tüfəngindən havaya atəş açıb.
İctimai asayişi kobud şəkildə pozan şəxsin qondarma qurum tərəfindən saxlanıldığı deyilir.