Azərbaycan sülh müqaviləsi imzalanandan sonra Ermənistana ərazi iddiaları irəli sürmək istəyir.
Sosial.info xəbər verir ki, bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bununla belə, o əlavə edib ki, iki ölkə arasında sərhədlər müəyyən edilməyib.
"Ermənistan və Azərbaycan arasında sərhədlər 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib. Və bu, oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə təsdiqlənib və bu görüş zamanı Alma-Ata bəyannaməsi sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul edilib. ”, - Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan iddia edib ki, Bakının planı Alma-Ata bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə etiraz etmək üçün boşluqlar buraxılan bəndlərlə sülh müqaviləsi imzalamaqdır.
"Və sonra, artıq delimitasiya və demarkasiya prosesində Ermənistana ərazi iddiaları irəli sürüləcək. Əgər iki ölkə arasında sərhədlər müəyyən edilməyibsə, o zaman Bakı sərhədin hansı hissələrindən danışır?" - Paşinyan bildirib.