15 Mrt 18:29Yazarlar

"Mediada məsuliyyət məsələsinə daha sistemli yanaşılmalıdır" - Əflatun Amaşov

"Mediada məsuliyyət məsələsinə daha sistemli yanaşılmalıdır" - Əflatun Amaşov Bu gün Azərbaycan Mətbuat Şurasının yaranmasının 16 ili tamam olur. ONA bu münasibətlə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun müsahibəsini təqdim edir.
- Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının yaranmasının 16 ili tamam olur. 16 il əvvəli necə xatırlayırsınız? Hansı xarakterik xüsusiyyətləri qeyd edə bilərsiniz?
- Əvvəlcə ölkə rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə Mətbuat Şurasının missiyasına hər zaman həssas yanaşdığına, Şuranın fəaliyyətinə dəstək olduğuna görə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, dövlət başçısının Mətbuat Şurasının timsalında bütövlükdə mediaya diqqəti, istər Şuranın təşəbbüslərinə dəstəyi, istərsə də söz və ifadə azadlıqları prinsiplərinə verdiyi yüksək dəyər fəaliyyətimiz üçün stimuldur, ali dəyərdir.
Mətbuat Şurasının təşkilatlanmasında və inkişafında rolu olmuş, Şuranın İdarə Heyətində təmsil olunaraq əmək sərf etmiş, bu gün də MŞ-nin işində yaxından iştirak edən hər bir şəxsə təşəkkürümü bildirirəm. Ötən 16 ildə MŞ nə qazanıbsa, onların sayəsində qazanıb.
2003-cü il martın 15-i. Bəli, olduqca gərgin gün idi. Gərginliyi şərtləndirən amillər kifayət qədərdir. O zaman jurnalistika tamam fərqli idi. Daha çox siyasiləşmişdi, qütbləşmişdi. Digər tərəfdən, Mətbuat Şurasının özü həm cəmiyyət, həm də media üçün yenilik sayılırdı. Bir-birinə zidd olan tərəflər ona öz mövqelərindən yanaşırdılar. Hər kəs çalışırdı ki, Mətbuat Şurası onların baxışlarını ifadə etsin. Başqa bir məsələ Azərbaycan jurnalistlərinin qurultayı ilə bağlı idi. Bildiyiniz kimi, müstəqillik illərində jurnalistlərin belə böyük miqyaslı tədbiri keçirilməmişdi. Bütün bunlar öz sözünü deyirdi.
15 mart tarixinə doğru aparan yolun məziyyətlərindən də söz açmaq mümkündür. Qurultaydan əvvəl ali məclisə hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdı. Burada da üstünlük qazanmağa çalışan qüvvələr var idi. Yəni gərginlik mahiyyətcə istər qurultay gününü, istərsə də ona hazırlıq dövrünü xarakterizə edən əsas ab-hava idi. Ancaq gərginliklə yanaşı, qurultay sevinci də aydın görünürdü. Jurnalistlər digər peşə sahibləri kimi, özlərinin ali toplantılarının keçirilməsinin qürurunu və fərəhini yaşayırdılar.
Ümumən hesab edirəm ki, 15 mart 2003-cü il müasir media tariximizin çox mühüm səhifəsidir. Söhbət yalnız Mətbuat Şurasının formalaşmasından getmir. Məsələnin önəmi jurnalistikanın təşkilatlanmasındadır. Bu, bir ənənənin başlanğıcı idi. Eyni zamanda qurultayı və Mətbuat Şurasının yaranmasını jurnalistikanın cəmiyyətə verdiyi mesaj kimi də dəyərləndirirəm. Jurnalistika cəmiyyətin problemlərinin aradan qaldırılmasına səfərbər olur, həmçinin öz problem və çətinliklərinin həllinə köklənirdi. 16 il əvvəli xatırlayarkən məhz bu cəhəti xüsusi fərqləndirərdim.
- Bir qədər əvvəl gərginlikdən söz açdınız. Mətbuat Şurası yarandı. Gərginlik sonradan Şuranın fəaliyyətinə nə kimi təsir göstərdi? Ümumən qurum necə fəaliyyət göstərdi?
- Əlbəttə, təsir var idi. İqtidar mediası Şuranı müxalifətin, müxalifət mediası isə iqtidarın mövqeyindən çıxış etməkdə qınayır, hətta günahlandırırdı. Bəlkə də bu cəhətin özü tutulan yolun doğruluğunu göstərirdi. Çünki prinsip etibarilə Mətbuat Şurası mərkəzdə dayanan təşkilat olmalı idi. Qurum mərkəzdə dayanmaqla əslində medianın özünün də mərkəzdə dayanmalı olduğu mesajını verirdi. Nəzərə alaq ki, jurnalistika siyasi konfrontasiyalarda tərəf kimi iştirak etməməlidir.
Növbəti vacib məqam isə Şuranın missiyası ilə bağlıdır. Təşkilat media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləmək üçün meydanda idi. Yəni prinsipcə o, siyasi konfrontasiyalarda ilişib qalmamalı idi və qalmadı da. Əksinə, ziddiyyətlərin aradan qaldırılmasında rol oynadı. Dediyim kimi, ilk növbədə jurnalistikanın təşkilatlanması baş verdi. İkincisi, Şuranın fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının əsaslı şəkildə azalmasına gətirdi. Bu, cəmiyyətin müxtəlif təbəqələrinin media orqanları ilə əlaqədar şikayətlərinin əsasən MŞ-də cəmləşməsi nəticəsində baş verdi. Üçüncüsü, Mətbuat Şurasının vasitəsilə media öz problem və çətinlikləri, arzu və istəkləri barədə dövləti, müvafiq instansiyaları məlumatlandırmaq tribunası qazandı. Dördüncüsü, Şura faktiki olaraq jurnalist hüquqlarının qorunmasını həyata keçirdi ki, bu isə bilavasitə media-hakimiyyət münasibətlərinin tənzimlənməsi mahiyyəti daşıdı. Beşincisi, Mətbuat Şurası mətbuatımızın keçmişini, tarixini, onu yaşadan şəxsiyyətlərin irsini gündəmə gətirdi, eləcə də mətbuatımızın inkişafında rolu olmuş yaşlı və qocaman həmkarlarımızın əməyinin qiymətləndirilməsinə, onların təcrübəsinin bölüşülməsinə meydan verdi. Daha bir qeyd etmək istədiyim məqam medianın saflaşması ilə bağlıdır. Mətbuat Şurası tam gücü ilə buna çalışdı. Jurnalistikadan sui-istifadələrə qarşı geniş cəbhə açdı, «reket jurnalistika» ilə barışmaz mübarizə apardı. Bir sözlə, kifayət qədər çoxşaxəli fəaliyyət xətti seçdi. Belə bir xəttin seçilməsi isə cəmiyyətin sosial sifarişi idi.
- Sizcə, ötən 16 ili Mətbuat Şurasının və ümumən mediamızın fəaliyyəti baxımından hansı xarakterik xüsusiyyətlərlə əlamətdar oldu?
- Mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuat Şurası da mediamızın güzgüsüdür. Obrazlı desək, bu güzgü imkan verir ki, ona baxıb hansısa hərəkət və davranışın doğru, yaxud yanlışlığını görüb nəticə çıxarasan.
Qeyd etdiyim kimi, Mətbuat Şurasının yaranması sosial sifariş idi. Həqiqətən də Şura dövrün, zamanın tələbindən irəli gələrək formalaşmışdı. Ötən 16 ildə ölkədə, cəmiyyətdə çoxsaylı dəyişikliklər yaşanıb. Elə medianın özü də dəyişib. Düşünürəm ki, jurnalistikamız keçən müddətdə kifayət qədər peşəkarlaşıb, püxtələşib. Bu prosesdə Mətbuat Şurasının da məxsusi rolu olub.
Bu gün mediada siyasiləşmə, demək olar, yoxdur. Az əvvəl qeyd etdim ki, Şura peşə müstəvisindəki sui-istifadələrə qarşı cəbhə açdı. Həm bu, həm də mətbuatdakı siyasiləşmənin aradan qaldırılması bütövlükdə cəmiyyətin mənafelərinin müdafiəsinə yönəlmiş tədbirlər idi. Əlbəttə, mediamız problemlərsiz deyil. Problemlərin obyektiv səbəbləri də kifayət qədərdir. Əgər vaxtilə Şura ənənəvi media müstəvisindəki xoşagəlməz hallarla mübarizə aparırdısa, hazırda ilk baxışdan bir növ idarəolunmaz kimi görünən internet media müstəvisi var. Ümumən müasir informasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın fəaliyyətinə əsaslı təsir göstərməkdədir. Əgər Şura 16 il öncə yalnız ənənəvi media ilə bağlı şikayətləri araşdırıb qərarlar çıxarırdısa, bu gün biz əsasən internet medianın işindən narazılıqları nəzərdən keçiririk.
Ötən 16 ildə Mətbuat Şurasının ən böyük qazancı cəmiyyətin etimad və inamı olub. Əlbəttə, burada dövlətin də yanaşması önəmlidir. Hesab edirəm ki, Azərbaycan dövləti məhz bu etimad və inamı əsas götürərək Şura ilə əməkdaşlıq edir, quruma dəstəyini göstərir. Çünki cəmiyyətin istək və arzuları, həmçinin tələbləri dövlət üçün də prioritetdir. Dövlət ölkədə söz və ifadə azadlığının qorunmasında maraqlıdır. Eyni zamanda bu azadlıqların qorunması və institusional inkişafı baxımından tədbirlərin gerçəkləşdirilməsini özünün vəzifəsi kimi müəyyənləşdirir. İdarəçilikdə media amilinə müstəsna dəyər verir. Dövlətlə Şura arasındakı əməkdaşlığı şərtləndirən cəhətlər məhz bunlardır.
Şuranın missiyasına inamın nəticəsidir ki, qurum çoxsaylı dövlət proqramlarının və tədbirlər planlarının icrasına cəlb olunur. MŞ eyni zamanda media ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürür, bu istiqamətdəki proseslərə dəstəyini göstərir. Qurumun adı dövlət başçısının fərman və sərəncamlarında keçir.
- Mətbuat Şurasının fəaliyyətinin 16 ili hansı perspektivi vəd edir. Bu vaxtadək qazanılmış potensial gələcək fəaliyyət üçün nələrin həyata keçirilməsini aktuallaşdırmaqdadır?
- Planlarımız çoxdur. Artıq qeyd etdim ki, informasiya texnologiyalarının sürətli inkişafı qarşımızda yeni üfüqlər açıb. Yeni dövrün tələbləri ilə ayaqlaşmaq şərtdir. Mətbuat Şurası hər zaman çalışıb ki, media məkanımızda məsuliyyət mühiti dərinləşsin, peşəkarlıq artsın. Bu, həm cəmiyyətin istək və arzularından irəli gələn tələbdir, həm də mediamızın özünütəsdiq formuludur, hər zaman ayaqda olduğunun nümayişidir. Əlbəttə, daha çox işləmək lazımdır.
Bildiyiniz kimi, Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır. Ötən müddətdə ictimai qınaq nəticəsində bir çox uğurlar qazanmışıq. Amma bu yetərlidirmi? Bütövlükdə media ictimaiyyətinin, həqiqi jurnalistlərin mövqeyi bundan ibarətdir ki, media məkanımızda məsuliyyət məsələsinə daha sistemli yanaşılmalıdır. Mətbuat Şurası haqqında ayrıca qanunun olması ilə bağlı müzakirələr də məhz bu sistemliliyin təminatı zəruriliyinin vurğulanmasıdır. Düşünürəm ki, Şuranın ötən müddətdə əldə etdiyi təcrübə və potensial onun fəaliyyətinin qanunla tənzimləməsi üçün mühüm baza rolunu oynaya bilər.
Amma onu da nəzərə alaq ki, təşkilati-hüquqi forma baxımından hansı statusu qazanmasından asılı olmayaraq Mətbuat Şurasının gələcəkdə də əməksevər jurnalistlərin bir araya gələrək formalaşdırdıqları, işini müəyyənləşdirdikləri təşkilat kimi qalması şərtdir. Qurumun perspektivini başqa cür təsəvvür etmək mümkünsüzdür. Çünki hazırkı model ənənədir, bundan imtina etmək olmaz.
Əlbəttə, Şuranın fəaliyyətinin qanunla tənzimlənməsi özlüyündə tamamilə yeni işlək mexanizmlərin tətbiqini aktuallaşdıracaq, təşkilata yeni imkanlar qazandıracaqdır. Əsas olan mövcud və qazanılacaq imkanları həm medianın, həm də cəmiyyətin maraq və mənafeləri baxımından düzgün uzlaşdıraraq fəaliyyət göstərmək, quruma bəslənilən inamı və etimadı doğrultmaq üçün əzmlə çalışmaqdır.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25