02 May 09:57Sosial

Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ

Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda yerləşən Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşdü. Onların yaşayış şəraiti və problemləri ilə tanış olan Mehriban xanım bildirdi ki, onun tapşırığı ilə yeni yol xəritəsi hazırlanır: “Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram”.
Birinci vitse-prezident yataqxanada məskunlaşan insanlara bildirdi ki, yaxın günlərdə onlar Qobuda yerləşən yeni yaşayış massivinə köçürüləcək, orada hər bir şəraitlə təmin olunacaqlar.
Qəfil görüşün təəssüratlarını öyrənmək üçün həmin yataqxanaya yollandıq. Şəhərin mərkəzində yerləşən bu 5 mərtəbəli yataqxana hər halı ilə qayğılı, şəraitsiz olduğunu uzaqdan büruzə verirdi. Mərkəzdə yerləşsə də, sanki ətrafdakı inkişafdan, meqapolisin səs-küyündən bir növ utanıb, darısqal küçədə, ağacların arasında gizlənmişdi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 120 ailə yaşayır. Amma necə yaşayır?
Bunu gözümüzlə görmək üçün binaya daxil olduq. Yaxınlaşan adamlara məramımızı bildirdikdən sonra təəssüratlarını bizimlə bölüşdülər. Elə birinci mərtəbədə siması tanış bir xanımı gördük. Birinci vitse-prezidentlə yanaşı şəkil çəkdirən Hicran Həsənova idi:
- Qaçqın gələndə burada birinci məskunlaşan adamam. Hazırda mən, yoldaşım, gəlinim, oğlum, inşallah, nəvəm olasıdır, hamımız bir otaqda qalırıq. Açığı, oğlumla gəlinimi kirayə çıxarmışam. Darısqallıqda yaşamaq qeyri-mümkün idi. Mən çox istəyərdim ki, otağım ayrı olsun.
- Yəqin ki, ən sevindirici məqam buradan çıxıb getməkdir.
- Ən gözəl... Tək mən yox, elə burada yaşayanlar hamı sevinər. Heç vaxt biz bir masa ətrafında yığılıb bir yerdə yemək yeməmişik. Heç bir bayramda bir yerə yığıla bilməmişik. Bayramlarda heç bir qohumla əlaqəmiz olmur. Bizim bu şəraitə kimisə gətirə bilmirsən. Yenə də şükür Allahın böyüklüyünə. Allah rəhmət eləsin, Heydər Əliyevin dövründə biz bura yığıldıq, məskunlaşdıq. O dövr elə idi ki, hamının otağında ortadan pərdəsi olub. Təzə gələndə biz 18 nəfər bu otaqda yaşamışıq. Ən azından ayaq üstə durmağı bacarmışıq. Həyatı bilirik necədir. Amma biz o gedişatın hamısından qıraq olmuşuq.
- O gün Mehriban xanımın gəlişini əvvəldən bilirdiniz?
- Xeyr, bilməmişdik. Sonra Mehriban xanımla görüşdük. Çox şadam mən. Qəfildən oldu. Belə olmağını gözləmirdik. Mehriban xanımın bura gəlməyi, bizimlə görüşməyi və bizə o ümid verməyi ki, hər şey gözəl olacaq. Bütün şəraitlər orada yüksək səviyyədə olacaq. Biz prezidentimizdən də, onun xanımından da razıyıq. Çətinliklərimiz olub. Müharibə gedən ölkədir. Çətinliklər olmalıdır da, biz bunlara tab gətirməliyik də, dözməliyik də. Biz də 25, artıq 26 il olacaq ki, bu çətinliklərlə üzbəüzük. Amma şükür Allaha. Yenə də zaman gəldi, Mehriban xanım özü şəxsən bura gəldi, bizimlə görüş keçirdi. Şükür Allaha, köçürülmə mərhələsindəyik artıq. İnşallah, deyəsən, bu ayın 15-dən sonra köçürük.
Yataqxanada görmək istədiyimiz şəxslərdən biri də Mehriban xanımın söhbətləşdiyi şəhid anası idi. Əfruz Məmmədovanın oğlu Pənah Məmmədov 1993-cü ildə Qarabağ savaşında, doğma Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. 26 ildir bu yataqxanada məskunlaşıb. Mehriban xanım yataqxanaya gələndə onunla yaxından maraqlanması, söhbətləşməsi fotoqrafların gözündən yayınmamışdı və şəkilləri manşetlərə çıxmışdı:
- Bala, yaxşı adamdır. Belə çox, dedikcə yaxşı adamdır. Elə adam var ki, vəzifədədir, adamı “priznavat” eləmir. Amma o, mənimlə nənə-bala kimi danışdı. Mən də dərdimi dedim. Bala, qurban olum sənə, çox yaxşı adamdırlar. Əri də, özü də. Allah onları bu kəndin, şəhərin, respublikanın üstündən əskik eləməsin.
- Burada kiminlə məskunlaşmısınız? Kim var yanınızda?
- Bir gəlinimdir, bir də bax, bu uşaqdır, bir də oğlumdur. 4 nəfərik.
- Mehriban xanım 3-4 gün əvvəl sizinlə görüşüb. Bu yataqxanadakı vəziyyətlə tanış olanda gəlib sizinlə görüşüb, sizin şəkillər demək olar ki, bütün respublikaya yayılıb. Hamıya maraqlıdır ki, görəsən, Əfruz xala kimdir? Biz də gəldik ki, sizdən bir müsahibə alaq, sizi danışdıraq. Nə hisslər keçirdiniz? Bu adamlar sizə paxıllıq etmədilər ki?
- Adamlar paxıllanmadı. Amma öz qızlarım paxıllandı. Yox, yox, heç kim mənimlə paxıllanmayıb. Heç kim mənə bir söz deməyib.
- Dediniz ki, oğlunuz, gəlininiz, nəvəniz və siz bir yerdə qalırsız. Neçə otaqlı evdə qalırsız?
- Bir otaqlı.
- Zəngilanda böyük idi eviniz?
- Bax, belə, böyük evimiz vardı. İntəhası, bu gülsüz idi, o güllü idi.
- Növbəti ay Qobuda məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivinin açılışı olacaq. Orada sizə böyük, geniş, təmirli evlər verəcəklər. Nə planlarınız, nə arzularınız var?
- Mən Zəngilandan gələndən bir dənə paltar gətirməmişdim ki, atam üstümə. Arazdan adlamışdıq. Bir paltar tapmamışdım ki, geyinəm əynimə. Mehriban xanım hara göndərir, mən də ora gedim.
- 26 ildir məcburi köçkünsünüz. Heç geri qayıtmaq haqqında düşünürsünüz?
- Bizim prezidentimiz güclüdür, dəyanətlidir. Buradan Zəngilana ayaqyalın gedəcəm.
Əfruz ana ilə sağollaşıb, yataqxananın yaxınlığında yerləşən Zəngilan rayonu 20 nömrəli məktəbin şəraiti ilə tanış olmaq istədik. Mehriban Əliyeva yataqxanada məcburi köçkünlərlə görüş keçirərkən bu məktəbə də baş çəkmişdi. Bura əvvəllər Tibbi Universitetinin idman zalı olub. Elə otaqlar da buranın məktəb təyinatlı olmadığından xəbər verir.
Məktəbin direktoru Nazim Dünyamalıyev deyir ki, Qobuda salınan yaşayış massivində yeni məktəbin inşası da nəzərdə tutulub.
- Nazim müəllim, neçə ildir bu məktəb fəaliyyət göstərir?
- 24 ildir. İndiyədək bir neçə yerdə fəaliyyət göstərmişik. 131 şagird təhsil alır. 25 nəfər pedaqoji heyət var. Mehriban xanım bizim məktəbin şəraiti ilə tanış oldu. Çətin şəraitdə şagirdlərə verdiyimiz təhsillə yaxından tanış oldu.
Bu qaranlıq dəhlizlərdən keçib darısqal otaqlarda nəyi arzulamaq mümkündürsə, hamıya öz arzusuna çatmasını diləyirik. Təbii ki, dədə-baba torpaqlarımıza qayıtmaq bu arzuların tərkib hissəsidir.

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25