06 Şub 10:39Siyasət

Patriarx Kiril: Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər

Patriarx Kiril: Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər.
Bu barədə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
Patriarx Kirill bildirib: "Çox hörmətli cənab Prezident, mən Sizinlə görüşmək imkanına görə təşəkkür edirəm. Azərbaycana səfər mənim üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk.
Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var".
Moskvanın və bütün Rusiyanın Patriarxı qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin inkişafına Azərbaycan çox sanballı töhfələr verir: "Sizin bu münasibətlərin inkişafına xoş məramınız, Sizin səmimiyyətiniz bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Bir məqamı da vurğulamaq istərdim ki, bu gün Moskvada, ümumiyyətlə, Rusiyada sizin xalqınızın çoxsaylı övladları yaşayır. Onlar müasir Rusiyanın həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar. Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlər də çox uğurlu və dinc şəkildə qurulur. Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir. Lakin bu, həm də o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır. Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur. Mən bu münasibətlərin inkişafını alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Fikrimcə, bu münasibətlərin potensialı hələ tükənməyib. Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var.
Sizinlə bu gözəl görüş imkanına görə təşəkkür edirəm və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə sevinirəm. Biz Sizinlə bir neçə il bundan əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə Sizi təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istərdim".
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25