25 Nis 11:13Mədəniyyət

Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM

Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM İllərdir susur, demək istədikləri yaşantılarından yaranmış üz cizgilərində oxunur. Heç kimi danışdırmağı da sevmir, elə bil, hamını oxuyub bitirib. Hamı onunla ünsiyyətə can atır, çünki susmağından da nə isə öyrənirsən - elə bir qabiliyyətə sahibdir.
O isə öz aləmindədir, özünün yaratdığı dünyada, görünür, orda daha maraqlı, daha səmimi və insanidir. Bəlkə daha yüksəkdədir, onu sözlə ifadə etmək olmur...
Pantomimanı Azərbaycanda yaradan adamdır. Ətrafındakılar pantomimanı və onu duyub sevən adamlardır, başqa cür orda qalmaq olmazdı. Obrazlarını saymayacam, zatən, pantomima deyəndə söhbətin kimdən getdiyi bəlli olur. Bəxtiyar Xanızadə - göylərlə harmoniyada olan adam.
- Sizinlə müsahibəyə gələndə yol boyu nədənsə beynimdə bu fikir dolaşırdı: hardasa 10 ilin söhbətidir, müsahibəmizdə dediniz ki, anam düzəldən atı atam balta ilə qırıb atdı və bu, mənim həyatda ilk stressim oldu.
- Hə, söhbət belə olmuşdu. Atı sevdiyim üçün anam mənə plastilindən at düzəltmişdi, qoymuşdum pəncərəyə. Axşam atam işdən gəldi, anam da balta ilə toxmağın üstündə ət döyürdü. “Atım, mənim atım” - deyə oynayırdım. Atam soruşdu ki, nədir onun adı? Dedim Qırat. Atam da baltanı götürüb, plastilin atımı qırıb atdı. Zarafat elədi də, təbii ki. Fərqinə varmadı mənə necə təsir edər. 5 yaşım vardı, görünür, elə ondan sonra həmin plastilindən olan atımı bərpa edə-edə heykəltəraşlığı öyrəndim. Birinci sinifdə oxuyanda artıq məktəbdə sərgim açılmışdı.
- Plastilindən düzəltmişdiniz hamısını?
- Cürbəcür materiallardan, taxtadan, plastilindən, gildən. Yaşanan stressdən hərə bir cür təsir alır. Kimsə küsüb bir də ömründə heç nə düzəltməzdi, məndə əksinə oldu.
- Niyə davam etdirmədiniz?
- Dayımın yoldaşı sinif müəlliməm idi, çox istəyirdi mən heykəltəraş olum. Onda mən heç bilmirdim heykəltəraş kimdir. Qaqarin adına Pionerlər Evi vardı, müəlliməm sənədlərimi də düzəltdi, anam dedi onu Şağandan şəhərə kim aparacaq, dedi mən apararam. Səhəri gün gəldi ki, məni aparsın Pionerlər evinə, mən də qızılca çıxartmışam. 40 gün bayıra çıxmaq olmazdı. Onunla da heykəltəraşlıq sona çatdı. Heç məxsusi aktyor, yaxud rejissor olmaq həvəsim də olmayıb. Mərdəkanda Rəhman Əlizadənin Teatr dərnəyi vardı, uşaqlar gedirdilər, dedim məni də aparın, getdik. Görünür, qığılcım varmış ki, orda alova çevrildi. İncəsənət Universitetində Adil İsgəndərovun kursuna düşdüm. Birinci kursda oxuyanda “Qərib cinlər diyarında” filminə Qərib roluna çəkildim. İkinci kursda oxuyanda isə “Dantenin yubileyi” filmində kiçik rola dəvət aldım, Vaqif İbrahimoğlu ilə birlikdə çəkildik. Təyinatım Gəncə Dram Teatrına oldu. Əsgərlikdən sonra yenə orda işlədim, təyinat müddətim bitəndən sonra gəldim institutun “Tədris” Teatrına. Bir az “Azərbaycanfilm” kinostudiyasında çalışmışam. İncəsənət Universitetində dərs demişəm. Səhnə hərəkəti üzrə Leninqradda (Sank-Peterburq) təhsil alandan sonra da institutda dərs demişəm.
İlk dəfə 1993-cü ildə “Yuğ” teatrında S.Bekketin “Bir aktyor üçün Mim” adlı əsərini “Ümid” adı altında qoydum. O, mənim ilk pantomima tamaşam oldu. 1994-cü ildə rəhmətlik Həsənağa Turabovun təklifi ilə 1-ci “Him-Cim” pantomima festivalını keçirdik. 6 tamaşa festivala qatıldı. Mənim hazırladığım 4 tamaşa - “Ümid”, “Nağaraçılar”, “Vətənpərvərlər”, “Kvaksafon”, Şuşa teatrının hazırladığı bir tamaşa və bir də Ayşad Məmmədovun tamaşası. Festivaldan sonra o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun göstərişi ilə Gənc Tamaşaçılar Teatrının nəzdində “Pantomima” studiyası açıldı. 2000-ci ildə də ona dövlət statusu verildi.
- O vaxt teatra, tamaşaya, pantomimaya maraq indikindən çox idi, nədənsə.
- Belə deyiləndə qəbul edə bilmirəm. O vaxt ağır illər idi, müharibə gedirdi, teatrlar, kinostudiya ləng işləyirdi. 1994-cü ildə Pantomima teatrı açılanda Teatr Xadimləri İttifaqı tez-tez festivallar keçirirdi.
- O dövr üçün pantomima yeni janr idi, ona görə maraq çox olurdu.
- Əslində, mən o vaxtkından daha çox tamaşa hazırlayıram. İldə dörd tamaşa olur indi, o vaxt ildə birini hazırlayırdıq, çünki hələ aktyor yetişdirmək lazım idi. 94-ün mayında açılsa da Pantomima teatrının yolu hamar deyildi. Ağır illər idi. Kollektivi yığırdım, öyrədirdim, altı aydan, bir ildən sonra dağılıb gedirdilər. Hamı bir tikə çörəyin hayında olurdu. Tanınmış sənətkarların əksəriyyəti çıxıb getdi ölkədən. Heç sevmirəm - tarixi şəxsiyyətlərə məhkəmə qururlar, ittiham edirlər. Heç kim nə onun yaşadığı zamanı, nə mövqeyini nəzərə almır.
- Və özünü onun yerində hiss edə bilmir.
- Bəli, dövrün sosial mühitini, ətrafı nəzərə almırlar. Özü bir manat pul itirəndə gecə yata bilmir, o illərdə insanlar canlarını itirirdilər. Gənclər həvəslə yığılırdı, öyrənirdilər pantomimanı, sonra məcbur olub restoranda ofisiant işləməyə gedirdilər. Elə vaxt olub, teatr bağlanma təhlükəsi qarşısında qalıb. Üç nəfərlə qalmışam teatrda – Pərviz, Elman, Qurban. Üç nəfərin ətrafına gəncləri yığıb, yenidən başlamışam. Əsər yoxdur. Pantomima üçün heç kim yazmır, özümüz, daha çox özüm yazıram. Pantomima teatrı üçün aktyor yetişdirən məktəbmi var? Onu da özüm yetişdirirəm. Gənc Tamaşaçılar Teatrında illərcə kirayə qalmışıq. Mənim məşqlərim yalnız onların məşqləri olmayan vaxta salınardı. Axşamüstü, bəzən bütün gecəni məşq edərdik, evə gedə bilməzdik. 2005-ci ildə “Şəfəq” kinoteatrının binasına köçdük. Bu gün də bura teatr üçün şəraitli deyil. Giriş hissəsi Əbülfəs Qarayevin göstərişi ilə təmir olunub. Bu gün dərzi sexim belə yoxdur. Aktyorların səhnə geyimlərini gedib Binədən alıram. Dərzilərə tikdirirəm, bu gündən sabaha saxlayırlar, qiymət oxuyurlar. Xarrat sexim yoxdur. Kamil teatrlarda rejissor deyir filan şey olsun, dərhal onu həll edirlər. İşıq ustam getdi, bir il vaxtım yeni işıq ustasını öyrətməyə getdi. 25 ildir bu teatr eyni problemlərlə yaşayır.
- Daha universitetdə dərs demirsiniz?
- Yox, burdan vaxtım qalmır. Teatra kim maraq göstərib öyrənməyə gəlirsə, hazırlayıram. 9-cu sinifdən gələnlər də olur.
- Filmlərə çəkilməyinizdə uzun bir fasilə oldu...
- Uzun fasilədən sonra “Ovsunçu” filmində baş rola çəkildim, sonra “Sübhün səfiri”, “Cavid ömrü” filmləri.
- Klassik əsərlərin pantomima həlli ola bilərmi? “Hamlet”i qoymuşdunuz, amma səsli tamaşa idi.
- Hər klassik əsər pantomimaya oturmur. Bütün əsəri götürüb pantomimləşdirmək uğurlu addım deyil.
- Dünya təcrübəsində görmüsünüz?
- Hə, çox görmüşəm. Əsərdə gərək emosionallıq daha güclü olsun ki, onu pantomimaya köçürə biləsən. Yox, əgər əsərdə daha çox söz varsa, onu pantomimaya çevirmək mümkün deyil. Bu səbəbdən da vacib deyil. Hər pyesin öz açarı var, əlinə bir açar düşübsə, bütün qapıları onunla aça bilməzsən. Hər qapının öz açarı olur. Bütün qapıları lom aça bilər. “Leyli və Məcnun” pantomima tamaşamız çox uğurlu alınıb, çünki emosionallıq çoxdur orda.
- Klassik əsərlərə bu günün nəzərləri ilə baxanda nə görürsünüz, maraqlıdır?
- Tovstonoqovun fikri ilə deyəcəm: “Bir müəllifi götürmüsənsə, çalış onu anlayasan, bu əsərdə müəllif nə istəyir. Onun istəyi ilə sənin istəyin əsərdə üst-üstə düşürsə, onu hazırla. Düşmürsə, sağını, solunu kəsməklə müəllifə hörmətsizlik etmə”. Özününkünü yaz.
- Bilirsiniz, hansı baxımdan deyirəm. Fərman Kərimzadənin “Qarlı aşırım” əsərini götürək, yaxud əsərin film variantı da həmçinin. Sovet vaxtı yazılıb və film çəkilib. Bugünkü nöqteyi-nəzərdən baxanda o vaxt sezmədiyimiz məqamları sezirik. Mən o baxımdan deyirəm. Cabbarlının “Almaz”ına baxmışam bu yaxınlarda, tamam fərqli məqamları tutmuşam. Yeniliklər kəşf etmişəm. Cabbarlının özünü, dramaturgiyasını yenidən kəşf etmişəm.
- Ədəbiyyatşünas və teatrşünasların mövzusudur. O əsərlər üzərində işləmirəm hazırda, üzərində düşünmədiyim əsər barədə fikir yürüdə bilmərəm.
- Cabbarlının əsərlərindən pantomima hazırlamaq olar? Yaxud C. Məmmədquluzadənin “Ölülər” əsərini?
- Cabbarlını yox. “Ölülər”dən sözləri çıxartsaq, şeyxi görürük, bir qrup fanatik insandır, onlara əks duran İsgəndər və hüquqsuz qadınlar. Onu pantomimaya çevirmək mümkündür.
- Bütün yaradıcılığınızı həsr etdiniz pantomimaya. Azərbaycanda özülünü qoydunuz, yaşadırsınız. Məni bir məsələ narahat edir, “Yuğ” teatrı vardı, Vaqif İbrahimoğlu özü deyirdi ki, hər teatrın 20 il ömrü var. Bu gün Vaqif müəllim yoxdur, “Yuğ” teatrı da o deyil. Bəxtiyar Xanızadəsiz Pantomima teatrını təsəvvür edirsiniz, sizsiz də yaşaması üçün hansı iş görülməlidir?
- Burda bəzi xırdalıqlara toxunaq. Hər teatrın bir ömrü var, 5 ildən sonra “dağıt, yenidən yarat” estetikası da mümkündür. Hər teatrın bir estetikası var, yəni hər teatr növünün. “Yuğ” bir teatr növü deyil. Onu Vaqif İbrahimoğlu, Allah rəhmət eləsin, bir oyun üsulu kimi yaratmışdı. Bunu ondan yaxşı bilən yoxdur və olmayacaq. Bunu o yaratmışdı və nə olduğunu o bilirdi.
- Bəs, “Yuğ”çular?
- Yox, bilə bilməzdilər. O məsləki mənimsəmək üçün 50-60 il lazım idi. Pantomima teatr növü isə məndən qabaq da olub, sonra da olacaq. “Yuğ”u Vaqif yaratmışdı, Pantomimanı dünya konsepsiyası yaradıb, Bəxtiyar onu Azərbaycana gətirib sadəcə. Mən olmasam da dünya pantomiması var. “Yuğ” Vaqifin beynində idi, onunla da getdi. Ömür vəfa etmədi, Vaqif onu yetirmələrinin beynində formalaşdırsın.
- Adil İsgəndərov öyrətdiklərinə sonda bir kəlmə fikrini deyərmiş - yəni sən aktyor olacaqsan, ya yox. Sizə nə demişdi?
- Demişdi ki, sən kötüksən, səndən aktyor olmayacaq.
- Bu sözdən sınmadınız?
- Sözdən sınan deyiləm. Ola bilər, biri sənə axmaq desin, incimə, gör onu deyən kimdir? Çox ağıllıdırsa, get axmaqlığını düzəltmək üzərində işlə, yox, onu deyən özü axmaqdırsa, bu halda da incimə. Ondan inciməyə dəyməz.
- Sizə ustadınız demişdi.
- İncimədim, uzun müddət işlədim üzərimdə. Getdim Leninqradda təhsil almağa. Qəbulda bütün imtahanlardan “5” aldım, plastikanı artıq bilirdim. Onda mənə dedilər ki, biz sənə öyrədəcəklərimizi sən bilirsən, niyə gəlmisən? Dedim, gəldim ki, görüm mənim ustadım niyə mənə “kötük” deyir. Oxudum və səbəbini tapdım. Gimnast qədər elastik insan yoxdur, amma onlar aktyor deyil. Hər bədənini sağa-sola əyən aktyor ola bilməz. O zaman meymundan peşəkar aktyor olmaz. Plastika psixika ilə, dünyagörüşü ilə bağlıdır. Harmoniya deməkdir. Bunu sübuta ehtiyac yox idi.
- Əminiz, Hamlet Xanızadə xeyir-dua vermişdimi sizə?
- Kinostudiyada bir hadisə baş vermişdi, mən ərizəmi yazıb çıxdım. O, xəbər tutanda elə kinostudiyanın dəhlizində dedi ki, mənə xəbər etmədən ərizə yazıb çıxmısan. Dedim bu səbəbə yazmışam. Dedi, elə şeylərə görə işdən çıxacaqsansa, get yalquzaq ol, heç kimə qoşulma, tənha öz işinlə məşğul ol. Mən də bu gün yalquzağam, öz işimlə məşğulam.
- Ay aman, həyatı belə tutmaq olar?
- Bəli.
- Bəxtiyar müəllim, insan həyatının müəyyən dövrü sözünü danışmaqla deyir, amma zaman gəlir ki, susaraq özünü ifadə edir. Siz illərdi susursunuz, nə isə deyə bildiniz?
- Anlayan üçün hər şeyi. Anlamayana nə sübut etmək olar ki? Jan Lui Barronun gözəl sözü var: “İki cür pantomima var - biri lal və karlar üçündür, biri də var susmaq pantomiması”. Mən səhnədə ona görə susmuşam ki, söz deməyə ehtiyacım yoxdur. Başa düşən mənim mimikamdan və pozamdan başa düşür.
- Azərbaycanda pantomimanın 25 yaşı var, sizin övladınızdır, ordan yetişib pərvazlananlar da sizin övladlarınızdır. Eşitdim hamısını yığırsınız 25 illik yubileyə?
- İmkan dairəsində.
- Hansınınsa incikliyi varmı qəlbinizdə?
- Yaş müəyyən dünyagörüşü gətirir. Amma bu o demək deyil yaş hamıya dünyagörüşü gətirir. Eləsi var, saçı ağarır, beyni qara qalır. Deməzdim heç inciməmişəm. 12 il əvvəl çox hirsləndim. Özümə dedim, niyə öyrədirsən, öyrətmə, saxla özündə, hamını öyrətmə, əlçatmaz qal. Bu qədər əsəbiləşmişdim. Günlərin birində əlimə H.Hessenin “Sidi Xartxa” əsəri keçdi. Orda belə bir yer var: həmişə öyrənən, ustadlardan dərs alan, artıq özü müdrikləşmiş bir şəxs çayın bu sahilindən o biri sahilə keçməlidir. İşi qayıqçıya düşür, qayıqçının işi də zatən bu. Çayı onunla keçərkən qayıqçı ona elə müdrik fikirlər deyir ki, ustad soruşur ondan ki, sən bu fikirləri hardan bilirsən, müəllimin kimdir? Deyir müəllimim çaydır, mütəmadi onunla söhbət edirəm”. Bu yerdə kitabı qatladım, qərara aldım ki, mən də öz çayımla söhbət edəm. Simvolik, təbii ki... Söhbət əsnasında çayım mənə dedi ki, mən Allahın ən gözəl nemətiyəm. Axıram, mənim suyumdan dənizlər, okeanlar əmələ gəlir. Məndən at da içir, it də içir. Birinə mənim suyumdan içmə-deməmişəm. Sən kimsən ki, mən öyrətməyəcəm deyəsən. Bu istedad sənə verilib və sənin missiyan öyrətməkdir. Bilən olar da, olmaz da, sən öyrədəcəksən.
- Təşəkkür edirəm, elə bu notla da son olsun...

Ramilə Qurbanlı
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25