04 Nis 13:33Mədəniyyət

“Nə qədər ki, onlar var... meyxana məhvə məhkumdu” - ALİM DANIŞIR

“Nə qədər ki, onlar var... meyxana məhvə məhkumdu” - ALİM DANIŞIR Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra meyxana mövzusu media və sosial şəbəkələrin əsas müzakirə mövzusu oldu. Bu məsələyə hamı münasibət bildirdi – jurnalistlər, sənətçilər, hüquqşünaslar, digər peşə sahibləri. Bircə bu işin elmini araşdıranlardan səs çıxmadı. Biz də arayıb-axtarıb, bu sahənin araşdırmaçı alimini tapdıq.
Lent.az-ın müsahibi Tarixçi etnoqraf, tarix elmləri doktoru Təvəkkül Səlimovdur. AMEA-da xalq adət-ənənələri üzrə mütəxəssis kimi çalışır. Doktorluq işi Bakı-Abşeron bölgəsinin etnoqrafiyasıdır. Üstəlik, 1950-ci illərdən meyxananı araşdırır. 70-ci illərdə Yazıçılar İttifaqının nəşri olan “Meyxanalar” və “Abşeron meyxanaları” kitablarının tərtibçilərindən biridir.
- Təvəkkül müəllim, meyxana sənətdir, ya folklor? Bu janrın elmi tərəfləri varmı?
- Uşaqlıqdan Bakı məclislərində meyxana izləmişəm. Zamanında böyük meyxanaçıları dinləmişəm, İndiki meyxana deyənləri dinləyəndə düşünürəm ki, meyxana sənəti tənəzzüldədir. Bir vaxtlar Füzuli qəzəllərində meyxananı “mübarək mülk”, Abbas Tufarqanlı “məscid içində beytullah”, yəni Allah evi, Kəbə adlandırıb:
Bir məscidə vardım, meyxana gördüm
Meyxana içində beytullah var.
Görün Seyid Əzim nə deyib:
Demə meyxanə yolun rahi-zəlalət, vaiz
Oğlum ölsün, bir ayıl, bu Şahi-Mərdan yoludur.
- Deyirsiniz meyxana sənəti tənəzzüldədir. Belə çıxır ki, bu bir sənət növüdür. Bizi buna inandırın, lütfən.
- Meyxana xalq yaradıcılığının geniş yayılmış janrıdır. Meyxananın başlıca xüsusiyyəti bədahətən, özü də satirik məzmunda deyilməsidir. Meyxanaçı şairlər klassik poeziyaya, onun əruz vəzninə, əruzun bəhrlərinə, qəzəliyyata, muğamata çox bağlıdırlar. Sadəcə, indikilər meyxananın populyarlığından istifadə edib, oturub evdə beş-on misra yazıb əzbərləyir, gündəmdə qalmaq istəyir, çünki bilirlər ki, xalqın əsil meyxanaya çox böyük həvəsi var. Müasir meyxanalarımızda daha çox əruzun 11 hecalıq səri bəhrindən istifadə olunur. Səri bəhri oynaq, ritmik və nisbətən rahat bəhrdir. Bu bəhr bir qədər yüngüldür. Daha çox hecalı bəhrlərdə deyilən meyxanaların məna-məzmun tutumu və çəkisi ağır, həm də bəlağətli görünür. Elə bir sənət sahəsidir ki, möcüzə, kəşf kimidir, çünki bədahətən deyilir, orda fitrət var. Fitrət insanın özündən gəlmir, Tanrıdan gəlir. Onu dərindən dərk etməsən, əmələ gəlməz. Şeiriyyəti öyrənmək olar, Nizamini, Füzulini oxuyub şeir yaza bilərsən, onlar kimi yaza bilməsən də, yazarsan, amma istedadın olmasa, bədahətən meyxana deyə bilməzsən. Meyxana Allah vergisidir.
- Şeir də bədahətən gələndə şeirdir, yalnız texnikası ilə yazılan şeir uğur qazana bilmir.
- Meyxananın tarixi çox qədimdir. XI əsrdə Nizami deyir:
Şeir, sənət məbədi abad oldu əlimlə
Şairlik meyxanədən azad oldu əlimlə.
Onun dövründə şair, şeir məclislərində, şahın hüzurunda meyxana çox geniş yayılıb.
- Bu iki misrada meyxanə sözü yer, məkan mənasında deyilmi? Yəni mey içilən yer. Şeiri mey məclislərindən çıxardıb sənətə çevirməkdən bəhs edir, məncə?
- Rüstəm Əliyevin kitabından götürmüşəm bunu, o kişi Nizaminin, Firdovsinin Azərbaycanda ən böyük tədqiqatçısıdır. Firdovsidən fars alimlərinə mühazirə deyən adamdır.
- Hər halda, mübahisəli məqamdır, Nizaminin dediyi ilə sizin verdiyiniz məna mübahisə doğurur.
- Bilirsiniz niyə, çünki bu janra həmişə dırnaqarası baxıblar. Cəfər Xəndan kimi, Həmid Araslı kimi alimlər meyxanaya münasibət bildirməyiblər. Bilənlər susublar, həvəskarlar meyxanaya qiymət verməyə çalışıblar. Mənim fərqim odur ki, mən bu növün aşiqiyəm və illərcə izləyib araşdırmışam.
- Bəlkə, alimlər meyxananı ciddiyə almadıqları üçün araşdırmayıblar və bu iş diletantlara qalıb?
- Vaxtilə ciddi yanaşmayıblar, çünki sovet dövründə xalq adət-ənənələrinə, milliliyə, folklora dırnaqarası baxmaq dövlət siyasəti idi. Alimlər də ona görə ehtiyat edib bu sahəyə yanaşmayıblar. Meyxana folklorunun 1200 il tarixi var, ən azı. Qədim yunan filosoflarından biri öz kitabında yazıb ki, Azərbaycanda bir dəstə adam tonqal ətrafında çırtma çalıb qafiyəli şeir deyiblər. Alim dostumuz Bəhlul müəllim vardı, rəhmətə gedib, onun araşdırmasına görə həmin şeir növü meyxanadır. Onun araşdırmasında meyxananın tarixi 1500-2000 il əvvələ gedib çıxır, digər folklor nümunələri ilə bərabər. O ki qaldı indiki musiqili meyxanalara, onlar əsil meyxanaya şəbədə qoşmaqdır. Bu, meyxananı ələ salmaqdır. Meyxana nağara, dəf və qoşanağara ilə bədahətən deyilər. Onillərlə belə görmüşük. İndi gitara, sintezatorla müşayiət edilir.
- Deyirsiniz çox meyxana dinləmisiniz, əvvəldən bir ədəb, etik çərçivə vardı meyxanada, yoxsa elə həmişə indiki kimi olub?
- Azərbaycanın hər yerində artıq-əskik danışan ağır cəza alardı. Söyüş qəbul edilməzdi. Necə ola bilərdi meyxanada hərzə-hərzə danışılsın, söyüş söyülsün. İndi elə sözlər işlədilir meyxanada, adam qulağını tutur.
- Hansı məşhur meyxanaçıları nümunə gətirə bilərsiniz?
- Bu günlərdə dünyasını dəyişən Aydın Xırdalanlı böyük sənətkar idi. Bunu onu sevənlər də etiraf edir, sevməyənlər də. Məşədi Baba vardı, o da cavan öldü, özünü yandırdı, gözəl meyxanaçı idi.
- Niyə yandırdı?
- Öz işidi vallah, vulkan idi, alov idi, püskürürdü.
- Nizami Rəmzi necə idi?
- Nizami Rəmzi yaxşı meyxanaçı idi. Musiqili meyxananı o gətirdi, amma musiqisi çərçivədə. O çərçivəni ona görə kəşf elədi ki, artıq meyxana ölüb gedirdi, yenilik etdi, dirçəltdi sənəti. Rəmzi meyxananı yaşatmaq üçün musiqili janrını tapdı.
- Mən bayaq “niyə özünü yandırdı” sualını nahaq vermədim. Niyə meyxanaçıların adı narkoman, yaxud içki düşkünü kimi hallanır, ya ondan ölürlər, ya da intihar edirlər, bu da meyxanaya xələl gətirir. Bəlkə ona görə insanlar meyxananı birmənalı qarşılamır, düşünürlər ki, düzgün istiqamətə aparmır gəncliyi?
- Meyxananın imkanları ona hesablanmayıb. Əksər meyxana deyənlər, görürsən, siqaretə ara vermirlər. Bu, sadəcə, bir imicdir. Narkotiki meyxana deyənlərdən çox istifadə edənlər var. Meyxana deyənləri gözdən salmaq üçün bu üsuldan istifadə edilib ki, guya onlar narkomandır, əyyaşdır.
- İndi sovet hökuməti yoxdur, amma gördüklərimiz bu fikri formalaşdırır.
- Elə musiqiçilərimiz, müğənnilərimiz, həkimlərimiz də içir. Hətta məmurlar içir. İçki və narkotik ilə meyxana demək olmaz. Bunlar bir-birinə ziddir.
- Meyxananın vətəni Bakı və Abşerondur, başqa bölgələrdə də var?
- Var, az sayda, amma Bakı ocağıdır. 40-cı illərə qədər bölgələrdə yox idi, 50-ci illərdən sonra az-az səs-səda gəldi bölgələrdən. İndi heç yoxdur deyəsən bölgələrdə.
- Əliağa Vahidlə meyxananın əlaqəsi barədə nə bilirsiniz?
- Şağanda bir şair olub - Begül Məmmədzadə, Yazıçılar İttifaqında Folklor şöbəsinin müdiri idi. 29 yaşında Stalin haqqında poema yazmağı ona tapşırıblar. Bakı kəndlərindən birində deyişmədə bu Begül Əliağa Vahidi bağlayıb. Əliağa Vahid böyük şairdi, dana bilmərəm, amma Bakının hər kəndində ən azı Əliağa Vahid qədər şairlər olub, üzə çıxmayıb. Əliağa qəzəlxan olub, amma meyxana da deyib.
- Dünyanın harasındasa meyxanaya oxşar janr var?
- Yox, çastuşkanı deyirsinizsə, o meyxana deyil. Bir Cəfər Rəmzi vardı, 22 il həbsdə yatmışdı, guya Mircəfərə həcv yazıbmış. Ləzgi idi, amma Mərdəkanlı. Rəhmətlik Ziya Bünyadovun vaxtında şərqşünaslıq institutunda işləyirdi. O, deyirdi ki, bir vaxtlar İranda bir az yayılıb meyxana, amma inkişaf etməyib, davamı gəlməyib.
- Necə bilirsiniz bu gedişlə bizdə bunun axırı necə olacaq?
- Bu gedişlə çox zəifləyib. Nə qədər ki, bu musiqiçilər özlərini meyxanaçı kimi təqdim edib bu janrın atasını yandırırlar, meyxana məhvə məhkumdu. İş orasındadır ki, babat meyxana deyənlər də qoşulub onlara. Nə qədər ki Ağamirzə, Namiq Məna var, hələ olacaq, amma sonrası gəlmir. Namiq Qaraçuxurlu da yaxşı idi, hayıf uzaqlaşdı. Meyxanada məna vardı, fəlsəfə vardı, qafiyə meyxana deyil. İndiki meyxana ləzzət eləmir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25