25 Nis 12:51Hadisə / Gündəm

Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR

Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR Aprelin 23-də gecə saatlarında özünü yaşadıqları binanın 7-ci mərtəbəsindən atan Firuzənin Dadaşova ilə bağlı cinayət işindən yeni xəbər var. Bu gənc qızın intihar etməsində onun işlədiyi “R- studio” gözəllik salonunun müdirəsi Rühiyyə Həsənova prokurorluğa çağırılıb. Bununla bağlı Lent.az-a R.Həsənovanın özü məlumat verib.
Qeyd edək ki, siması Azərbaycanın tanınmış müğənnisi Könül Kərimova olan “R- studio” gözəllik salonunun qeydiyyat şöbəsində işləyən mərhum Firuzə Dadaşovanın salon rəhbərinə 850 manat borcu olduğu bildirilir. Və qızın ailəsi bu intihar hadisəsində salonun müdirəsini ittiham edir. Ananın sözlərinə görə, R.Həsənova borca görə, qızını hədələyirmiş, polisə verəcəyi ilə qorxudurmuş.

24.04.2014
saat - 18:06

“Beş aydır buraya köçmüşük. Heç qonşuların çoxu köçməyib. Tanıdığımız qonşu da yoxdur. Firuzə nişanlı idi. Nişanlısı Türkmənistanda işləməyə gedib. Heç ona hadisəni deməmişik. Necə deyəcəyik ki...”
Bunları Lent.az-ın əməkdaşlarına keçən gecə yaşadıqları 7-ci mərtəbənin pəncərəsindən özünü ataraq həyatına qəsd edən Dadaşova Firuzənin anası Sədaqət Dadaşova deyir.
Firuzə 22 yaşında imiş. Ömrünün bahar çağında həyatdan özünü öldürəcək qədər bezməsinə səbəb nə olub? Niyə Firuzə yaşadığı probleməri həll etmək əvəzinə canına qıymağı seçib? İntihar hallarından sonra ortaya çox suallar çıxır. Əsl həqiqəti isə hadisəni yaşayan insan özü bilir. Amma intihar edənin doğmaları, dost-tanışlar intihara aparan yoldan az-çox məlumatlı olur.
Hadisənin təfərrüatlarını öyrənmək üçün Firuzənin yaşadığı evdə olduq, onun doğmaları ilə söhbətləşdik.
Faciənin yaşandığı ev Yasamal rayonunda yerləşir. Çoxmərtəbəli binaya yaxınlaşdıqca, ətrafda bir neçə insan gözə dəyir.
Dünən gecə hadisə baş verən evi soruşuruq. “Hadisə bax, burda olub. Qız özünü buraya atıb” - deyib karton qoyulmuş yeri göstərirlər. Başımızı qaldırıb yuxarı baxırıq. Mərtəblərə baxdıqca, göz önündə hadisənin dəhşəti canlanır...
Birinci mərtbədə qarşımıza çıxan yaşlı kişidən hadisə baş verən evin hansı olduğunu soruşuruq. “Yeddinci mərtəbəyə qalxın, soldakı qapıya yaxınlaşın” - deyir.
... Astaca qapını döyürük. Qapıya çıxan yeniyetmə oğlan evdəkilərin razılığını aldıqdan sonra bizi içəri buraxır.
Buradakı mənzərini təsvir etməyə ehtiyac yoxdur. Üz-gözü cırmaq-cırmaq olan Firuzənin anasının fəryadı otağı başına götürüb. “Balamı aldılar məndən. Hamısını onlar etdi”,-deyə durmadan ağlayır.
Hadisə baş verməzdən bir gün əvvəl Firuzə necə idi?
“Qızım gecə işdən gəldi. Qanı qara olduğunu gördüm. Gözləri qıpqırmızı idi. Nə olduğunu soruşsam da, heç nə demədi. Gedib yatdı. Səhərisi gün işə gedəndə onun müdiri Ruhiyyə xanım yolda mənə zəng vurdu. Dedi ki, qızınız mənə pul atıb. İşdə salonun pullarından götürüb, xərcləyib. Gələn müştərilərdən çox pul aldığı halda, haqq-hesaba gələndə az yazıb. 6 ay idi qızım Ruhiyyə xanımla salonda işləyirdi. Salonun qeydiyyat şöbəsində idi. Pul haqq-hesabını edirdi. Salonun açarı da onda olurdu. İşdə ona Fidan adını qoymuşdular. İşdən sonra qızımı maşınla evə gətirirdi. Qızımdan çox razı idi. Biz də ondan çox razı idik. Maşınla onu gətirəndə hər gün atası onları qarşılayırdı. Onların problemi pul haqq-hesabından sonra başlayıb. Firuzənin 850 manat pul götürdüyünü deyirdi. Firuzə isə dedi ki, həmin pulu lazer ustasına vermişəm.
Lazer ustası işləyən xanım Firuzəyə mesajla yazıb ki, sən gələn müştəriyə görə pulu az yaz, mənə pul lazımdır. Bu mesajı görəndən sonra Ruhiyə xanım deyib ki, siz mənə indiyə qədər çox pul atmısınız. Firuzə deyir ki, o puldan 150 manat götürüb lazer ustası işləyən qıza verib. Yoldaşından boşanan həmin xanım uşağına bazarlıq edəcəyini, pula ehtiyacı olduğunu bildirib.
Ruhiyyə səhər evimizə gəldi və Firuzəyə dedi ki, o pulu verməsən, səni polisə, məhkəməyə verəcəm. Qızı qorxutdu. Bundan sonra Firuzə özünü balkondan atmaq üçün qaçdı. Qapını bağlayıb açarı gizlətdik. Ruhiyyə xanım dedi ki, qorxmayın, atmaz özünü”.
Salon sahibi Firuzənin anasına kağız yazdırıb, qol çəkdirir. Qadın qısa zamanda pulu verəcəyini deyir, Ruhiyyə xanım da razılaşır.
- Amma Ruhiyyə xanım getdikdən sonra bütün işçilər Firuzəyə zəng vurub təhdid etməyə başladılar. Deyirdilər ki, Firuzə loterya pullarını da götürüb. Pulu hazır elə gəlirik, deyirdilər. Firuzə dəli olmuşdu. Deyirdi ki, lotereya pullarını götürməyib. İş yoldaşlarına nə qədər desə də ki, axı, siz pulu mən verəndə gördünüz, onlar boyunlarına almadılar. Telefondakı bu söhbətlərdən sonra qızım yataq otağına getdi. Mənə dedi ki, işığı söndür, yatıram. İşığı söndürən kimi pəncərəyə qaçdı, “məni bağışlayın, mən belə qala bilmirəm” - dedi və özünü pəncərədən atdı. Atası qaçıb tutmaq istəsə də, bu dəfə tuta bilmədi.
Salon sahibi Firuzənin telefon və qızıllarını almışdı
Bacısının dediyinə görə, Ruhiyyə xanım Firuzənin telefonunu, qızıllarını da ondan alıbmış. Anası müdaxilə edir və deyir ki, o xanım qızıl alveri edirdi.
- Firuzə qızılları ondan almışdı. Haqq-hesabdan sonra qızılları Ruhiyyə xanım ondan alıb demişdi ki, pulu gətirəndən sonra verəcəm. Bura Firuzənin birinci iş yeridir. Ruhiyyə xanım ona çox etibar edirdi. Həmişə deyirdi ki, mərd qızdır. Mənim balamdır. 380 manat məvacib verirdi. Səhər saat 10-dan axşam saat 10-a qədər işləyirdi. Füruzə ondan çox razılıq edirdi. Hətta mən qızımı ona qısqanırdım.
Firuzə həyat dolu idi
Anasının dediyinə görə, Firuzə həyat dolu, gülərüz qız idi. Özünə qapanması, bədbinliyi yox idi: “Heç bir psixoloji problemi də yox idi. İki qızım var idi. Deyirəm ki, indi Firuzə olmasa, evimiz sakitlik olacaq?”
Bəs qarşı tərəf, yəni salonun sahibi nə deyir?
Firuzənin işlədiyi “R Studiya”nı işlədən Ruhiyyə Həsənova Lent.az-a bildirdi ki, o, üç övlad anasıdır və tanınmış yerdə işləyir.
Firuzə ilə nə zamandan tanış olduğunu soruşuruq.
- Firuzə ilə mən 6 ay əvvəl tanış olmuşam. “Əcəmi” də onunla bir yerdə işləyirdik. Instagram səhifəmi Fidan xanım işlədirdi. Biz onu Fidan kimi tanımışıq. Bizə özünü belə tanıdıb. Biz onunla çox yaxın idik. Pulumu, haqq-hesabımı ona əmanət edirdim. Heç maraqlanmırdım. 4 gün xaricə getməli oldum. Qayıdıb gələndə haqq-hesab istəyəndə qarşıma 130 manat pul qoydu. Niyə belə az olduğunu soruşdum, çiynini çəkdi. Daha heç nə demədim. Səhər gələndə qeydiyyatda işlədilən telefonun açıq olduğunu gördüm. Götürüb baxdım ki, həmin telefonda lazerdə işləyən işçim Gülnazla Fidan arasında yazışma var. Gülnaz ona mesaj atmışdı ki, mən kağıza az yazıram, sən də az yaz. Baxanda gördüm ki, mənə verilən haqq-hesabda isə tamam fərqli rəqəmlər verirdilər. Hesablayıb gördüm ki, gün ərzində hardasa 300 manat haqq-hesaba vurulmayıb. Fidanla Gülnazı üzləşdirdim. Fidan dedi ki, Gülnazlıqdı, Gülnaz dedi Fidanlıqdı. Belə olanda Fidan ayağıma düşdü və mənə yalvardı ki, ona kömək edim. Sonra mənə dedi ki, həyatımla bağlı bəzi gizli məqamlar var və Gülnaz bunu bilir. Onun sözlərinə görə, Gülnaz şantaj edib ki, bunları atana deyəcəm. Guya bu da məcbur qalıb pulları ona verirmiş.
Ruhiyyə xanımdan soruşduq ki, niyə qızın telefon və qızıllarını aldınız?
Müdirə deyir ki, o Fidanın telfonun əlindən almayıb.
- Telefonu mən özüm almışam. İşdə işlətmələri üçün. Fidanın şəxsi telefonunu da mən hədiyyə etmişdim.
Qeyd edək ki, Fidana hədiyyə etdiyini dediyi telefon və iş telefonu da hazırda müdirənin əlində idi.
- Fidan iş telefonundan şəxsi mesajlarını yazmaq üçün istifadə edib.
Mən pulların hara yox olduğunu soruşmalıydım. Bunun onun özünün öldürməsi ilə nə əlaqəsi var? Onun öz problemləri var idi. Neçə vaxt idi ki, özündə deyildi. Mən pulları qaytarması üçün bir ay vaxt qoymuşdum. Hələ bir aya çox var idi. Öldürürdü, bir ay sonra öldürəydi.
Fidanın gizli sirləri ilə bağlı onu təhdid etməmişəm.

Aygün İBRAHİMLİ
Fəxriyyə MAHMUDOVA

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı 10:24Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir 10:23Mehriban Əliyevanın baş çəkdiyi məcburi köçkün yataqxanasından REPORTAJ 09:57Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb” 09:5317 yaşlı gənc tapılmır - HAMI ONU AXTARIR 09:48Prezident: "Mənə məlumat verilir ki, "Azəriqaz" bəzi hallarda insanlara problemlər yaradır" 11:33İmsak və iftarda mütləq bunlara FİKİR VERİN - İdeal oruc tutmağın İNCƏ MƏQAMLARI 10:12Təbii qaza tətbiq edilən limit artırıldı 10:08"Barselona"dan sonra Arda Turana daha bir şok 10:05Joze Mourinyo ilə bağlı şok iddia 10:02Böyük məbləğdə cekpot udulub, sahibi tapılmır 09:59Bu telefonu tapana 10 MİN MANAT mükafat veriləcək 09:52Prezident Nazirlər Kabinetinin iclasını keçirdi 12:5113 günahsız gəncin həyatı yarımçıq qaldı... - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR 12:49Dini dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA 11:21Kolumbiya və Hindistan yığmamıza rəqib oldu 11:17Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ 11:13İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq" 10:57Sabahdan bu şagirdlərin dərsləri dayandırılır - SƏBƏB 10:54Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə 10:45İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik" 12:01Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?” 11:58Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA 11:54Bakıda restoranda FACİƏ: musiqiçi öldü 11:46Azərbaycanda 21 yaşlı qızın FACİƏLİ SONLUĞU 11:44İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar" 11:41"31 abituriyentin imtahan nəticələri ləğv olunub" - DİM sədri 11:38Nazarbayevi onlardan biri əvəz edəcək 10:46İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi 10:43Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı 10:41Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü 10:36İnternet xəstəlikləri hansılardır? - Diqqət 10:21Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir 11:51Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir 10:57Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 10:54Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR 10:51Ölkədə bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB 10:45Nazirlik "Azəriqaz"ı məhkəməyə verib 10:42Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək 10:38Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var 10:34Ehtiyatsızlıqdan quyuya düşüb öldü 10:31Mətanət Əsədova 15 il öncə belə olub: "Plastik əməliyyat..." 10:27Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR 12:51"Ev problemim var, sponsorum yoxdur" - 63 yaşlı əməkdar artist 12:43"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlər ümidvericidir" - SƏFİR 11:23Arvadını qanına qəltan edən şəxs intihar etmək istədi- FİLM KİMİ OLAY 11:20Arvad ərini küt alətlə döydü 11:17Teatr rəhbəri: “Səhnə geyimlərini “Binə” bazarından alıram” – SUSARAQ DANIŞAN ADAM 11:13Anar müəllimin Elina yazısında özünüifşası 11:02Adını, ata adını, soyadını dəyişdirənlərin sayı açıqlandı 10:34Azərbaycan Kooperasiya Universitetində "Bir gün tələbə olmaq fürsəti" adlı layihənin açılışı olub 10:30DİQQƏT: Telefonunuzu şarj edərkən bunu ETMƏYİN 10:22Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır 12:21Qaza qoyulan limitin ləğvi mümkündür - Ekspert iqtisadi əsasları açıqladı 12:07Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb 12:04Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib 12:02Azərbaycanda bağça müdiri dəm qazından boğularaq ölüb 11:58Telefon nömrələrini dəyişmiş və ya itirmiş şəxslər kompensasiyalarla bağlı banka yaxınlaşmalıdır 11:51Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb 11:48Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu 11:46İlham Əliyev Vladimir Zelenskini təbrik edib 12:37Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı 12:35Polislər əxlaqsızlıq yuvası aşkarladı - Qadın sahibi tutuldu 12:31Bakıda məktəbdə CİNAYƏT: həbs olundu 12:28Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi 12:25